Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəsində vətəndaş-məmur ünsiyyəti minimuma endirilir

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəsində vətəndaş-məmur ünsiyyəti minimuma endirilir
# 26 yanvar 2023 12:12 (UTC +04:00)

Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Torpaq icarəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (vasitəsilə elektron ərizə ilə müraciət edəcək. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilməlidir.

Layihə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılması, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, icarəçinin vəzifələri də artırılır. İcarəçinin vəzifələri sırasına icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etmək də əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR