Dövlət mülkiyyətindəki örüş və biçənəklərin icarəyə verilməsi qaydası müəyyənləşir

Dövlət mülkiyyətindəki örüş və biçənəklərin icarəyə verilməsi qaydası müəyyənləşir
# 01 fevral 2023 16:09 (UTC +04:00)

Dövlət mülkiyyətində olan örüş və biçənək sahələrinin fiziki və hüquqi şəxslərə icarəyə verilməsi qaydası müəyyənləşir.

APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə veriləcək.

Qeyd edilib ki, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və müasir tələblərə uyğunlaşdırılınası, habelə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi və prosesin şəffaflığının artırılması baxımından qeyd edilən fəaliyyətin elektronlaşdırılmasına ehtiyac yaranıb. Layihədə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əlaqədar prosesin “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR