Dövlət Taxıl Fondundakı məhsulun satışa çıxarılacağı qiymət açıqlanıb

Dövlət Taxıl Fondundakı məhsulun satışa çıxarılacağı qiymət açıqlanıb
# 28 aprel 2023 13:10 (UTC +04:00)

Dövlət Taxıl Fondunda saxlanılan taxılın hansı qiymətə satılacağı açıqlanıb.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, Fonddan taxılın istifadə üçün buraxılması (satılması) taxılın bazar qiymətinə əsasən həyata keçirilir.

Bu zaman taxılın tədarük qiymətlərindən aşağı qiymətə satılmaması üçün onun qiymətinin ölkədaxili bazar qiymətləri konyunkturası nəzərə alınmaqla saxlanılmasına cəhd ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR