Dünyada ərzaq qıtlığı artmaqda davam edir

Dünyada ərzaq qıtlığı artmaqda davam edir
# 04 may 2022 13:09 (UTC +04:00)

Şiddətli qida çatışmazlığı ilə üzləşən insanların sayı bir il ərzində təxminən 40 milyon artıb.

APA-Economics” xəbər verir ki, bu barədə BMT, Aİ, ərzaq böhranlarının aradan qaldırılmasında iştirak edən hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq alyansı olan Qlobal Qida Böhranı Şəbəkəsinin (GNAFC) hesabatında deyilir.
Sənədə əsasən, 2021-ci ildə münaqişə, iqtisadi şoklar və ekstremal hava hadisələrinin "üçlü zəhərli kombinasiyası" 53 ölkədə ən azı 193 mln. insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbər verir ki, bu rəqəmlər həm də narahatedici tendensiyanın kəskin xəbərdarlığıdır: ciddi ərzaq təhlükəsizliyi son bir neçə ildə durmadan artır.
Hesabatda ərzaq böhranından ən çox təsirlənən ölkələrin Əfqanıstan, Efiopiya və Yəmən olduğu göstərilir. FAO daha əvvəl izah etmişdi ki, kəskin qida çatışmazlığı insanın kifayət qədər qida qəbul edə bilməməsi səbəbindən həyatı və ya dolanışığı təhlükə altında olduqda baş verir. İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı çərçivəsində bu vəziyyət qida təhlükəsizliyinin 3-5-ci mərhələlərinə uyğundur.
Son beşinci mərhələ "aclıq və ya humanitar fəlakət" deməkdir: Efiopiya, Cənubi Sudan, Yəmən və Madaqaskarın cənub bölgələrinin təxminən 570 min sakini var. FAO-ya görə, onlar üçün dolanış vasitələrinin geniş şəkildə dağılmasının, aclığın və ölümün qarşısını almaq üçün təcili tədbirlər görmək zərurəti yaranıb.
Qida böhranları sahəsində ən pis vəziyyət Konqo Demokratik Respublikasında yaranıb. Daha sonra Əfqanıstan, Efiopiya, Yəmən və Nigeriyanın şimal-qərbi dayanır. 5-10-cu yerləri Suriya, Sudan, Cənubi Sudan və Haiti tutur.
"Bu 10 ölkə və ərazidə 2021-ci ildə 193 milyon kəskin aclıqdan əziyyət çəkən insanlardan təqribən 134 milyonu yaşayıb", - hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR