Əhməd Əhmədzadə: "Saatlı və Sabirabadda suvarma sistemlərinə çəkilən xərclər 15 milyon manata yaxındır"

Əhməd Əhmədzadə: "Saatlı və Sabirabadda suvarma sistemlərinə çəkilən xərclər 15 milyon manata yaxındır"
  • Clock-gray 16:24
  • calendar-gray 19 İyun 2019

“Sabirabad və Saatlı rayonlarının nasos stansiyalarının 8 milyon manat enerji xərci dövlətin subsidiyası hesabına ödənilir”.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Sabirabad şəhərində struktur qurumlarla birgə vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında bildirib. Səhmdar cəmiyyətin sədri deyib ki, Saatlı və Sabirabad rayonları Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə ən böyük potensiala malik rayonlardandır. Sabirabadın 67 min, Saatlı rayonunun 55 min hektar suvarılan torpaqları var. Sabirabad rayonunda 100 %, Saatlıda da 90 % torpaqlar meliorasiya olunmuş torpaqlardır. Torpaqlar tam olaraq əhali tərəfindən istifadədədir. Sabirabadın Kür çayı üzərində 2 böyük nasos stansiyanın tikilməsi ilə su təchizatı yaxşılaşdırılıb. Birinci kanalın tikilməsi 12 min hektar sahəni su ilə təchiz edib. Qışlaq-otlaq sahələrini suvarma suyu ilə təmin etmək üçün müasir tələblərə cavab verən nasos stansiyası da  tikilib başa çatıb. Bu nasos stansiyası vasitəsi ilə Sabirabadda 14 min, Biləsuvarda isə 1600 hektar ərazini suvarma suyu ilə təmin etmək mümkün olacaq. Saatlı rayonu üzrə isə Araz çayından çəkilən qol kanalından paylayıcı kanalların tikilməsi 50 min hektar ərazinin suvarılmasına şərait yaradacaq.

Saatlı və Sabirabad rayonlarından nasos stansiyalarının enerji xərclərini qarşılamaq üçün ildə 8 milyon manata yaxın vəsait xərclənir. Bu, kəndliyə, fermerə dövlət tərəfindən olan subsidiyadır. Eyni zamanda bu iki rayonda suvarma sistemlərinə çəkilən xərclər 15 milyon manata yaxındır.  Bu, fermerlərə verilən birbaşa subsidiyadır”.

 

 

Əlibəy Zeynallı

Digər xəbərlər

Arxiv

date