Ət və süd istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olunub

Ət və süd istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olunub
# 20 dekabr 2021 14:59 (UTC +04:00)

Azərbaycanda istehsal məqsədilə əsas vəsaitlərin və mal-materialların idxalı, ət və süd məhsullarının istehsalçıları üçün vergi güzəştlərinin tətbiqi təklif olunub.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təklif Xidmətin təşkilatçılığı ilə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlarla onlayn görüşü zamanı səsləndirilib.

Səsləndirilən təkliflər sırasına həmçinin təsərrüfat subyektinin uçotu, elektron qaimə-fakturanın tərtibi və riskli vergi ödəyicilərinin meyarları da daxil olub.

Yerli məhsul istehsalında sahibkarların qarşılaşdıqları çətinliklər ətrafında müzakirələr aparılıb.

Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, emal məhsulları ilə bağlı nəzərdə tutulan güzəştlər diqqətə çatdırılıb, sahibkarlar tərəfindən verilən təkliflərin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR