Azərbaycan qoyun ətinin istehsalı üzrə dünyada 28-ci, qoyunların sayına görə isə 41-cidir

Azərbaycan qoyun ətinin istehsalı üzrə dünyada 28-ci, qoyunların sayına görə isə 41-cidir
  • Clock-gray 11:10
  • calendar-gray 18 İyul 2019

Azərbaycan qoyun ətinin istehsalı üzrə dünya ölkələri arasında 28-ci yerdə qərarlaşıb.

“Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə Baxış” seminarında çıxış edən Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Pancabi bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə 79 min ton qoyun əti istehsal edilib. Ölkədə 8 mln. baş quyun olduğu qeydə alınıb (2007-ci ildə bu göstərici 7 mln təşkil edib). Dünya üzrə bu göstərici 1,2 mlrd-dan artıq olub ki, bu da 8,5%-lik artım deməkdir. Azərbaycan qoyun sayı üzrə dünyada 41-ci yeri tutur.

M. Pancabi sözlərinə görə, Azərbaycanda qoyunçuluğun inkişafına təsir göstərən əsas mənfi amillərdən biri otlaqların azalmasıdır. Bundan başqa, bu sahədə tələb və təklif arasında boşluq mövcuddur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date