FAO: Azərbaycanın dünya qida təhlükəsizliyi sahəsi üçün görəcəyi işlər var

FAO: Azərbaycanın dünya qida təhlükəsizliyi sahəsi üçün görəcəyi işlər var
  • Clock-gray 12:12
  • calendar-gray 21 İyun 2019

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq və qida təhlükəsizliyinə, habelə sağlam qida əlçatanlığına çox böyük önəm verir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən “Organic Food” festivalının açılış mərasimində çıxış edən FAO-nun Azərbaycanda tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.

Onun sözlərinə görə orqanik kənd təsərrüfatı FAO-nun fəaliyyətində çox vacib bir yer tutur. Bu sahə qida təhlükəsizliyin təmin edilməsində vacib rol oynayır.

Bundan başqa, M. Çakmak əlavə edib ki, pestisidlər üzgün istifadə edirlərsə dünyada təhlükəsiz qida əlçatan olacaq.

"Azərbaycanın ixrac yolu ilə dünyanın qida təhlükəsizliyi sahəsi üçün görəcəyi işlər var. Mən əminəm ki, orqanik kənd təsərrüfatı layiq olduğu yerə gələcək", - deyə M. Çakmak qeyd edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date