FAO rəhbəri: "Azərbaycanın kənd təsərrüfatını rəqəmsallaşdırması təqdirəlayiqdir"

FAO rəhbəri: "Azərbaycanın kənd təsərrüfatını rəqəmsallaşdırması təqdirəlayiqdir"
# 06 may 2022 10:53 (UTC +04:00)

"FAO Azərbaycanın kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı öhdəliklər götürməsini təqdirəlayiq hesab edir"

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən rəqəmsal kənd təsərrüfatı üzrə beynəlxalq konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) baş direktoru Qo Donqyu deyib.

Onun sözlərinə görə, dünya humanitar böhrandan əziyyət çəkir. Qlobal iqlim dəyişiklikləri, mövcud kənd təsərrüfatı sistemləri qida təhlükəsizliyi ilə bağlı riskləri daha da artırır. 2021-ci il üzrə beynəlxalq təşkilatların hesabatları da bunu deməyə əsas verir. Mövcud vəziyyət kənd təsərrüfatı sahəsində yeni dayanıqlı sistemlərin, rəqəmsal texnologiyaların qurulmasını tələb edir. Azərbaycanda bu istiqamətdə müzakirələr davam edir. Buna heyvandarlığın inkişafı, gənc fermer təsərrüfatılarının gücləndirilməsi,kənd məsləhət xidmətləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR