Həftəsonu Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

Həftəsonu Bakı və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq
# 09 iyun 2022 16:30 (UTC +04:00)

11-12 iyun tarixlərində Bakı və Abşeron ərazisində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, yarmarkalarda ümumilikdə 100-ə yaxın fermer 45 regionu təmsil edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Qeyd edək ki, yarmarkalarda fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır.

“Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR