Heyvandarlıq məhsulları istehsalı 2,8% artıb

Heyvandarlıq məhsulları istehsalı 2,8% artıb
# 18 iyul 2022 14:46 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5123,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bunun 2467,7 milyon manatı heyvandarlıq, 2655,6 milyon manatı isə bitkiçilik məhsullarının
payına düşür.

2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 100,0 faiz təşkil edib. Bu dövrdə heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 2,7 faiz azalıb. Bitkiçilik məhsulları istehsalında müşahidə edilən azalmanın əsas səbəbi hava şəraiti ilə əlaqədar cari ildə dənli və dənli paxlalı bitkilərin yığımına nisbətən gec başlanılması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR