Hindistanın Azərbaycanla iqtisadi əlaqələri üçün geniş imkanlar var

Hindistanın Azərbaycanla iqtisadi əlaqələri üçün geniş imkanlar var
# 24 fevral 2023 17:45 (UTC +04:00)

Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi və Hindistandan Azərbaycana kimya məhsullarının ixracının artırılması üçün geniş imkanlar var.

APA-Economics”in verdiyi xəbərə görə, bunu Hindistanın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili Vinay Kumar səfirliyin “Chemexcil” (Əsas Kimyəvi maddələr, Kosmetika və Boya maddələrinin İxracının Təşviqi Şurası) ilə birgə təşkil etdiyi “Hindistan-Azərbaycan: boyalar, piqmentlər, qeyri-üzvi kimyəvi maddələr və aqrokimyəvi məhsullar sahəsində ticarət imkanlarının araşdırılması” mövzusunda tədbir zamanı bildirib.

Məlumata görə, o, Hindistanın kimya sənayesinin 80 mindən çox kommersiya məhsulunu əhatə etməklə çoxşahəli olduğunu bildirib.

Tədbirdə çıxış edən “Chemexcil”in İcraçı Direktoru S.G. Bharadi qeyd edib ki, Hindistanın kimya sənayesinin həcmi 163 mlrd. ABŞ dolları təşkil edir və 2025-ci ildə bu məbləğin 304 mlrd. dollara çatacağı proqnozlaşdırılır. O, əlavə edib ki, kimya sənayesi Hindistan iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olub, Hindistanın ÜDM-nin təqribən 6,7% -ni təşkil edir.

Qeyd edək ki, 2022-ci ildə Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 154,6% artaraq 1,882 milyard ABŞ dolları təşkil edib. Bu müddət ərzində, Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR