HP kənd təsərrüfatı sahəsində subsidiya verilməsində əsas problemi açıqlayıb

HP kənd təsərrüfatı sahəsində subsidiya verilməsində əsas problemi açıqlayıb
# 03 noyabr 2022 14:48 (UTC +04:00)

“Kənd təsərrüfatında subsidiyaların verilməsində əsas problem torpaqların sənədləri ilə bağlıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, subsidiyaların verilməsində bu, çox ciddi məsələlərdən biridir: “Prezident İlham Əliyevin bu problemin aradan qaldırılması ilə bağlı tapşırığı var”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili isə bildirib ki, bu gün subsidiya alanlardan cəmi 35%-nin sənədi, çıxarışı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR