İlhamə Qədimova: Mövcud kredit şərtləri fermerlər üçün əlverişli deyil

İlhamə Qədimova: Mövcud kredit şərtləri fermerlər üçün əlverişli deyil
# 01 fevral 2023 10:30 (UTC +04:00)

Mövcud kredit şərtləri fermerlərin böyük əksəriyyəti üçün müxtəlif səbəblərə görə əlverişli deyil.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Aqrobiznesin inkişafı forumu"nda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, aqrar-emal sahələrinə ayrılan kreditlərin əsas hissəsini dövlət büdcəsi hesabına verilən güzəştli kreditlər təşkil edir ki, bu da əsas etibarilə investisiya təyinatlı məqsədlərə yönəldilir.

"Bunun müqabilində kənd təsərrüfatı məhsulları istehsalçılarının öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmaları üçün böyük həcmdə dövriyyə vəsaitlərinə ehtiyac var", - deyə İlhamə Qədimova əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR