İnam Kərimov: "İşğaldan azad olunan torpaqlarda 50 min hektarlıq əkin işləri aparılıb"

İnam Kərimov: "İşğaldan azad olunan torpaqlarda 50 min hektarlıq əkin işləri aparılıb"
# 16 sentyabr 2022 11:35 (UTC +04:00)

İşğaldan azad olunan torpaqlarda bu il ərzində 50 min hektar sahədə yazlıq və payızlıq əkin işləri aparılıb.

"APA-Economics" xəbər verir ki, bunu Şuşada keçirilən Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov deyib. Onun sözlərinə görə, növbəti mövsümdə bu əkin ərazilərinin daha da artırılmasına dair tapşırıqlar verilib və aidiyyəti dövlət qurumları ilə birgə bu sahədə fəaliyyət göstərilir.

"Eyni zamanda Nazirlik tərəfindən ötən il ilk dəfə Kəlbəcər və Laçın rayonlarında qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsinə dair pilot layihə həyata keçirilib. Bu il həmin layihənin miqyası genişləndirilib və növbəti mövsümdə daha da genişləndiriləcək. Yaylaq mövsümündə Laçın və Kəlbəcərlə yanaşı Qubadlı, Cəbrayıl və Füzuli rayonlarında heyvandarlıq təsərrüfatlarının köçürülməsi təmin ediləcək",- deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR