İndoneziyadan diri heyvan idxalı məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi

© APA | Qida Təhlükəsizliyi Agentliyi

# 04 iyul 2022 10:51 (UTC +04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, İndoneziya Respublikasının Nusa-Tenqara-Barat, Banka-Belitunq, Banten, Kalimantan-Tenqah, Lampunq, Kalimantan-Barat, Kalimantan-Selatan, Benqkulu, Cava-Barat, Cava-Tenqah, Sumatera-Selatan, Cakarta-Raya, Sumatera-Utara, Cambi, Riau, Sumatera-Barat və Yoqyakarta əyalətlərində dabaq xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən xəbərə görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İndoneziya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR