İrandan idxal olunan 71 tondan çox kartof məhv edilib

İrandan idxal olunan 71 tondan çox kartof məhv edilib
# 26 yanvar 2023 15:43 (UTC +04:00)

Fiziki şəxs Yusibova Solmaz Hümbət qızının İran İslam Respublikasından idxal etdiyi ərzaqlıq kartof məhsulundan götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizm - kartofun qonur çürüməsi (fitopatogen bakteriyalar: Ralstonia solanacearum (Smith) Yabuuchi et al) aşkar olunub.

Bu barədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 71100 kq ərzaqlıq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR