İspaniya investisiyaları Azərbaycanın sənaye zonalarında cəlb olunur

İspaniya investisiyaları Azərbaycanın sənaye zonalarında cəlb olunur
# 24 may 2022 18:58 (UTC +04:00)

İspaniya şirkətlərinin Azərbaycanın sənaye zonalarında investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə dair müzakirələr Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayevlə, İspaniyanın “Factorenergia S.A.” şirkətinin baş icraçı direktoru Emili Rousaud Paresl arasında keçirilən görüşdə aparılıb.

İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün yaradılan əlverişli şərait, mövcud imkanlar, o cümlədən işğaldan azad edilən ərazilərimizdə yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye zonalarında yaradılan investisiya mühitindən yararlanmağa dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR