İsrail Azərbaycanla aqrar sahədə birgə elmi tədqiqatlar aparacaq

İsrail Azərbaycanla aqrar sahədə birgə elmi tədqiqatlar aparacaq
# 20 sentyabr 2022 15:57 (UTC +04:00)

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda İsrailin müasir suvarma sistemləri üzrə ixtisaslaşan şirkətlərinin təmsilçiləri ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi tədqiqatların aparılması müzakirə olunub.
İsrailli nümayəndələrə ölkədə aparılan elmi tədqiqat işləri, yeni yaradılan tərəvəz sortları, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti institutun avadanlıqlarla təchiz olunan laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, quraşdırılan müasir suvarma, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR