Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 7 dəfədən çox artıb

Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 7 dəfədən çox artıb
# 27 fevral 2023 12:04 (UTC +04:00)

2023-cü ilin yanvar ayı ərzində Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 8 mln. 920 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə və ya 7 mln. 672.4 min manat çoxdur. 2022-ci ilin yanvar ayı ərzində 1 mln. 247.6 min manat sığorta haqqı toplanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar ayında bu sığorta növü üzrə sığorta ödənişi olunmayıb. Hesabat dövründə isə ödənişlərin həcmi 131.3 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR