Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib - FOTO

Kənd təsərrüfatı sərgisində gubre.az fermerlərə yeni effektiv aqrotexniki vasitələr təqdim edib - FOTO
# 19 may 2023 17:00 (UTC +04:00)

17 May 2023 cü il tarixində Bakıda 16-cı “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisinə start verilib. Regionun ən böyük kənd təsərrüfatı hadisələrindən biri olan bu tədbir müxtəlif ölkələrdən olan ixracatçılar və idxalatçılar, kənd təsərrüfatı istehsal vasitələrinin istehsalçıları, distribütorlar, topdan və pərakəndə satış şirkətləri, əkinçi şirkətlər və fermerlərin ənənəvi görüş yerinə çevrilib. Sərgidə kənd təsərrüfatında tətbiq olunan müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri, toxumlar, tinglər, texnikalar, müasir suvarma sistemləri və s. nümayiş olunur.

Bu ilki sərgidə rekord sayda iştirakçı qeydə alınıb. Belə ki, milli, regional və fərdi stendləri ilə 31 ölkədən 479 şirkət sərgidə təmsil olunur. Bu da öz növbəsində həm Azərbaycanda kənd təsərrüfatı sektrounun sürətli inkişafının, həm də xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin ölkəmizin kənd təsərrüfatı sektoruna olan marağının bariz göstəicilərindən biridir.

Sərgidə ölkəmizdə 200-dən çox mağazadan ibarət geniş satış şəbəkəsi, 300-dən çox çeşidi və 50-dən çox markası ilə fermerlərimizə Azərbaycanın əksər bölgələrində xidmət edən gubre.az aqrar ticarət şəbəkəsi də öz stendi ilə təmsil olunur. Qeyd edək ki, gubre.az eyni zamanda “Caspian Agro” sərgisinin sponsorudur.

“Ağıllı kənd təsərrüfatı” şüarı altında keçirilən bu ilki sərgidə şirkətin stendində fermerlərə çox sayda yeni çeşidlər də təqdim edilir. Belə ki, ənənəvi dənli və texniki bitki toxumları, torpaq və şumaltı gübrələr, bitki qoruma vasitələrinin çeşidliliyinin artırılması ilə yanaşı, gubre.az satış şəbəkəsinin öz məhsul portfelinə həm də yüksək effektivliyə malik üzvi gübrələrin, biopestisidlərin, torpaq tənzimləyicilərinin, bağ-bostan bitkiləri toxumlarının və digər müasir aqrokimyəvi vasitələrin də əlavə etiyinin şahidi oluruq.

Bilindiyi kimi gubre.azAqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-yə məxsusdur. Şirkət 2019-cu ildə təsis edilmiş və qısa müddətdə fermerlərə və əkinçilik şirkətlərinə, demək olar ki, bütün ölkə ərazisində xidmət göstərən etibarlı tərəfdaşa çevrilmişdir.

Satış nöqtələrində toxum və aqrokimyəvi vasitələri fermerlər həm də subsidiya kartları vasitəsilə əldə edə bilər. Fermerlər eyni zamanda 828 qısa nömrəsinə zəng edərək və ya www.gubre.az vebsaytı vasitəsilə də gubre.az satış nöqtələrindən toxum, gübrə və pestisid sifariş edə, məlumat və ya aqronom dəstəyi əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR