“Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq

“Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq
# 19 sentyabr 2022 11:31 (UTC +04:00)

“Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatların toplanması, onlara dair arayışın formalaşdırılması və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və müvafiq bələdiyyəyə ötürülməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tərkibində kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq. Torpaq istifadəçilərinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatları EKTİS-ə daxil edilir və EKTİS-dən əldə etməsi üçün onların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə EKTİS-ə real vaxt rejimində məhdudiyyətsiz və fasiləsiz çıxışı təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR