Kənd təsərrüfatına zərər vuracaq qədər iqlim dəyişikliyi yoxdur

Kənd təsərrüfatına zərər vuracaq qədər iqlim dəyişikliyi yoxdur
# 25 may 2022 17:33 (UTC +04:00)

May ayı kənd təsərüfatı üçün önəmli aylardan hesab olunur. Havanın belə dəyişməsi təsərüfat üçün hansı risklərə, müsbət və mənfi hallara yol açır.

Bu barədə "APA-Econimics"ə danışan iqtisadçı-ekspert Elçin Süleymanov bildirib ki, kənd təsərüfatı hava şəraitindən dolayı ən çox təsirlənən sektordur: "Havanın dəyişməsi, istiləşməsi, soyuması, quraqlıq, şaxta kimi amillər kənd təsərüfatı məhsuldarlığına bilavasitə təsir göstərir. Azərbaycanda kənd təsərüfatı ilə məşğul olanlar hava şəraitini dəyişmək imkanları olmadığı üçün maksimum fərqlənməyə getməlidirlər".

Elçin Süleymanov aqrar sığorta imkanlarından istifadə etməyin faydalı olduğunu da bildirib. Qeyd edib ki, məhsulun nəinki istehsalı, eyni zamanda satışı da zaman-zaman riskli ola bilər: "Dolayısı ilə riskləri müəyyən qədər sığortalamaq faydalı olar. Bu ilin hava dəyişkənliyi dünyada çox süprizlərlə zəngindir. Bildiyimiz kimi, may ayı mövsüm havasına görə, daha soyuq, buludlu keçdi. Amma bunun kənd təsərüfatının fəaliyyətinə ciddi mənfi təsiri görülmədi. Bundan başqa, hava şəratinin dəyişməsi məhsul yığımına, bazara çıxışı ləngidə, bununla da sahibkara 5-10% ziyan dəyə bilir. Lakin hazırda kənd təsərüfatına zərər vuracaq qədər iqlim dəyişikliyi yoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR