Leyla Məmmədova: Logistika və qablaşdırma Azərbaycan fermerlərinin ən böyük problemlərindən biridir

Leyla Məmmədova: Logistika və qablaşdırma Azərbaycan fermerlərinin ən böyük problemlərindən biridir
# 31 oktyabr 2019 10:19 (UTC +04:00)

Logistika və qablaşdırma Azərbaycan fermerlərin ən böyük problemlərindən biri sayılır.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən "Eurasia Road Show 2019" konfransında çıxış edən "Dövlət Aqrar Ticarət Şirkəti"nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, fermerlərlə birgə əməkdaşlıq nəticəsində ötən ildən etibarən "Kənddən Şəhərə" adlı layihəyə başlanılıb ki, bu da qeyd olunan problemlərin aradan qaldırılmasında böyük rol oynayır.

"Fermerlər artıq istehsal etdikləri məhsulları qablaşdırılmış şəkildə yarmarkalar vasitəsilə birbaşa müştərilərə satışını təşkil edir. Belə yarmarkalar, demək olar ki, hər ay keçirilir", - deyə L. Məmmədova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR