Mikrosahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşib

Mikrosahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşib
# 25 aprel 2022 17:53 (UTC +04:00)

Mikrosahibkarlıq subyektləri hesab edilən qida subyektləri üçün Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) ilə bağlı tələblər 6 il sonra qüvvəyə minəcək.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə edilən “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, qanun layihəsinə əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və buna əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. Eyni zamanda qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

Xatırladaq ki, parlamentin birinci və ikinci oxunuşda qəbul etdiyi qanun layihəsində mikrosahibkarlıq subyektləri üçün belə güzəşt nəzərdə tutulmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR