Naxçıvanda 63 mindən çox təsərrüfatçı elektron sistemə daxil olunub

Naxçıvanda 63 mindən çox təsərrüfatçı elektron sistemə daxil olunub
# 21 yanvar 2023 21:49 (UTC +04:00)

Naxçıvanda 18 min 142 təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu günə qədər 18 142 təsərrüfatda 63 204 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib.

Bu istiqamətdə proses hazırda davam etdirilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah fəaliyyət göstərir.

Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb.

Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR