Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
# 23 iyun 2022 17:50 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 62,134 mln. manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 3,6% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə diri çəkidə ət istehsalı 10397 ton, süd istehsalı 38150 ton olub.

2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2%, süd istehsalı isə 1,7% artıb.

Ümumilikdə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR