Naxçıvanda kənd təsərrüfatı sahəsinin kreditləşməsi artıb

Naxçıvanda kənd təsərrüfatı sahəsinin kreditləşməsi artıb
# 21 aprel 2022 11:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə ümumilikdə 4,487 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8% çoxdur. Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, rüb ərzində bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3,726 mln. manat kredit verilib. Ötən illə müqayisədə qeyd olunan sahə üzrə kreditləşmənin həcmi 8,4% artıb.
Hesabat dövründə, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə rüb ərzində 20,5 min manat kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR