Naxçıvanın kənd təsərrüfatı elektron informasiya sistemi haqda Əsasnamə təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

© APA | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov

# 27 yanvar 2022 19:05 (UTC +04:00)

"Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” elektron informasiya sisteminin fəaliyyətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcək.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi və rayon (şəhər) icra hakimiyyətləri “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi”ni zəruri məlumatlarla təmin etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR