Nazir: "FAO Azərbaycan təcrübəsini "ən yaxşı" adlandırıb"

Nazir: "FAO Azərbaycan təcrübəsini "ən yaxşı" adlandırıb"
# 06 may 2022 12:12 (UTC +04:00)

"FAO elektron kənd təsərrüfatının məhz Azərbaycan təcrübəsini ən yaxşı təcrübə kimi müəyyən edib".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “Gələcəyə baxış: rəqəmsal kənd təsərrüfatına keçid” adlı konfransda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, tədbir çərçivəsində əsas məqsəd Azərbaycan təcrübəsi də daxil olmaqla yaxşı təcrübələrin digər ölkələrə təşviq edilməsidir. Bundan əlavə, FAO-nun digər əsas təşəbbüslərindən biri 1000 ağıllı kənd təşəbbüsüdür: "Bu təşəbbüsün də digər dövlətlərdə icra edilməsi üçün Azərbaycanın ağıllı kənd təcrübəsindən istifadə ediləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR