Nazir: "İnnovativ yeniliklərin aqrar sahədə tətbiqi genişləndirilməlidir"

Nazir: "İnnovativ yeniliklərin aqrar sahədə tətbiqi genişləndirilməlidir"
# 24 may 2022 10:42 (UTC +04:00)

Bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqi genişləndirilməlidir.

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Bitki Sağlamlığı Forumunda çıxış edərkən kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə bir sıra addımlar atılıb.

"Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS mesaj göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir",- deyə İnam Kərimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR