Nazir müavini: “Azərbaycanda arı ailələrinin sayı iki dəfəyədək artıb”

Nazir müavini: “Azərbaycanda arı ailələrinin sayı iki dəfəyədək artıb”
# 28 sentyabr 2019 10:59 (UTC +04:00)

“Son iki ildə Azərbaycanda arı ailələrinin sayı təxminən iki dəfəyədək artıb”.

"APA-Economics"in məlumatına görə, bunu bu gün bal yarmarkasının açılışında çıxış edən Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov dəyib.

Onun sözlərinə görə, arıçılığın inkişafına dair dövlət dəstəyi tədbirlərinin tətbiq olunduğu dövr ərzində arı ailələrinin sayı 270 mindən 503 minə çatıb: "Bu, ciddi artımdır və hesab edirik ki, belə irəliləyiş ölkənin ixrac potensialına da çox ciddi töhfə verəcək. Əgər biz ötən illərdə təxminən 5-6 ton arı məhsulunu xaricə ixrac edirdiksə, artıq bu gün həmin rəqəm 8 tondan çoxdur. Eyni zamanda ixrac coğrafiyası da önəmli şəkildə artmaqdadır. Hazırda ölkənin bal məhsulları təkcə qonşu ölkələrə və Yaponiyaya deyil, eyni zamanda Körfəz ölkələrinə də ixrac edilir. Biz bu coğrafiyanı və ixrac imkanlarımızı daha da genişləndirə bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR