Nazir müavini: "Azərbaycanda torpaqların böyük hissəsinin suvarmaya ehtiyacı var"

Nazir müavini: "Azərbaycanda torpaqların böyük hissəsinin suvarmaya ehtiyacı var"
# 14 oktyabr 2022 12:26 (UTC +04:00)

“Son illər müşahidə olunan quraqlıq nəticəsində yerüstü su ehtiyatlarının azalması əkin sahələrinin suvarma suyu ilə təmin olunmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu olduqca vacibdir”.

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib.

O bildirib ki, Azərbaycanda torpaq fondunun 55%-i kənd təsərrüfatına yararlı torpaqlardır və böyük hissəsinin suvarmaya ehtiyacı var.

Nazir müavini əlavə edib ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, mövcud torpaq və su resurslarından səmərəli istifadə qarşıda duran əsas vəzifədir: "Prezident İlham Əliyevin Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün komissiya yaradılıb və aidiyyatı dövlət qurumlarının iştirakı ilə bu məsələlər müzakirə edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR