Nazirlik: Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı örüş torpaq sahələridir

Nazirlik: Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların yarısı örüş torpaq sahələridir
# 18 iyul 2019 12:14 (UTC +04:00)

Azərbaycanda əkin sahələrin artırılmasının yeganə yolu örüş torpaqlardan seçilmiş əraziləri əkinə cəlb etməkdir.

"APA-Economics"in məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin nümayəndəsi Firudin Tağıyev bildirib.

Onun sözlərinə görə, sahələrin seçilməsi diqqətlə aparılmalıdır ki, bu, Azərbaycanda heyvandarlıq, xüsusilə də qoyunçuluğa təsir etməsin.

F. Tağıyev qeyd edib ki, ölkədə 4,8 mln. hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, onlardan 2,3 mln. hektarı da örüş torpaq sahələridir.

Nazirliyin digər rəsmisi İlqar İsmayılovun sözlərinə görə, hazırda Azərbaycanda ümumilikdə 8,3 mln. ədəd xırdabuynuzlu heyvan var ki, bunun da 7,6 mln-u qoyunların payına düşür və son 15 ildə bu göstərici 15% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR