Növbəti toxum sərgi-satış yarmarkası keçirilib

Növbəti toxum sərgi-satış yarmarkası keçirilib
# 29 avqust 2022 17:51 (UTC +04:00)

Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Ağcabədi rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

"APA-Economics" xəbər verir ki, toxum sərgi-satış yarmarkalarının müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Yarmarkada həmçinin əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda mütəxəssislər tərəfindən fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 31-də Sabirabad rayonunda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR