Ötən ay Şərqi Anadoludan Azərbaycana 12 mln. dollarlıq məhsul ixrac edilib

Ötən ay Şərqi Anadoludan Azərbaycana 12 mln. dollarlıq məhsul ixrac edilib
# 06 yanvar 2023 14:55 (UTC +04:00)

Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə (DAİB) üzv olan şirkətləri ötən ilin dekabr ayında 209 mln. 85 min dollar məhsul ixrac edib.

APA-Economics” Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan məhsul ixrac edilən ölkələr siyahısında 3-cü olub. Belə ki, ötən ilin dekabr ayında qardaş ölkədən olan şirkətlər Azərbaycana 11 mln. 915 min dollar ixracat həyata keçirib.

Siyahıya 45 mln. dollarla İraq başçılıq edir. İrana ixrac edilən məhsulların dəyəri isə 16,5 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR