Ötən ay yeyinti məhsulları ixracının dəyəri 64 mln. dolları ötüb

Ötən ay yeyinti məhsulları ixracının dəyəri 64 mln. dolları ötüb
# 07 fevral 2023 17:11 (UTC +04:00)

Ölkədə cari ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə 220,2 mln. dollara bərabər olub.

APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ay ərzində kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə artıb.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR