Ötən il Azərbaycan 437 mln. dollarlıq buğda idxal edib

Ötən il Azərbaycan 437 mln. dollarlıq buğda idxal edib
# 25 yanvar 2023 17:50 (UTC +04:00)

Ötən ilin yanvar-dekabr ayları ərzində Azərbaycan 436 mln. 551,20 min dollar dəyərində 1 mln. 292 min 996,14 ton buğda idxal edib.

APA-Economics” Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 144 min 895,37 ton və ya 11,2% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 104 mln. 605,19 min dollar və ya 24% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin yanvar-dekabr aylarında Azərbaycana xarici ölkələrdən 331 mln. 946,01 min dollar dəyərində 1 mln. 148 min 100,77 ton buğda idxal edilib.

Qeyd edək ki, cari ilin yanvar-dekabr aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 3%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR