Ötən il Azərbaycan azot gübrəsi ixracını 77% artırıb

Ötən il Azərbaycan azot gübrəsi ixracını 77% artırıb
# 01 fevral 2023 16:06 (UTC +04:00)

2022-ci ildə Azərbaycan 209 mln. 762 min dollar dəyərində 360 mln. 760 min ton azot gübrəsi ixrac edib.

“Apa-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci illə müqayisədə bu göstərici məbləğ baxımından 77% və ya 91 mln. 237 min dollar çoxdur. Həcm baxımından isə 11.7% və ya 37 mln. 607 min ton çoxdur.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycan 118 mln. 525 min dollar dəyərində 322 mln. 567 min ton azot gübrəsi ixrac edib.

Qeyd edək ki, ötən il azot gübrəsinin ixracatı Azərbaycanın qeyri- neft sektoru üzrə ixracatının 6.88%-ni təşkil edib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR