Pambığın ixrac dəyəri 15% artıb

Pambığın ixrac dəyəri 15% artıb
# 22 iyun 2022 17:24 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan 148 372,68 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 15% artıb.
Cari ilin ilk beş ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,96%-ə bərabər olub.

Hesabat dövründə, ölkədən 125 263,13 min dollar dəyərində 53 974,98 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 14,5% çox, həcm göstəricisi üzrə isə 25,8% azdır.

Cari ilin yanvar-may ayları ərzində ölkədən 22 060,25 min dollar dəyərində (artım 23,6%) 5 261,79 ton (azalma 18,6%) iplik pambıq ixrac olunub.
Pambıq idxalının dəyəri 2 272,84 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 15% çoxdur. Bu ilin ilk beş ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR