Qarabağda payızlıq əkin sahəsinin artırılması nəzərdə tutulub

Qarabağda payızlıq əkin sahəsinin artırılması nəzərdə tutulub
# 03 noyabr 2022 10:59 (UTC +04:00)

Gələcək perspektivdə azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla, bölgədə xüsusilə taxıl, yem bitkiləri və heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, 2021-2022-ci təsərrüfat ilində 50 min ha-dan çox sahədə payızlıq və yazlıq əkinlər həyata keçirilib. Əkinlərin 95 faizindən çoxunu arpa və buğda əkinləri təşkil edib və becərmə işləri dəmyə şəraitində aparılıb. 2022-2023-cü il üçün intensiv şum və səpin işləri aparılır, payızlıq əkin sahəsinin əvvəlki ilə nisbətən artırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR