Qarabağda torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb

Qarabağda torpaqların icarəyə verilməsi Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb
# 01 dekabr 2022 11:33 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsində Kənd Təsərrüfatı Nazirliyi müvəqqəti olaraq səlahiyyətlidir. Bu həm də Qarabağda torpaqların idarə edilməsi deməkdir.

"APA-Economics" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O bildirib ki, Qarabağda kənd təsərrüfatı üzrə potensial ərazilər "Azərkosmos"la birlikdə müəyyən edilib.

"Artıq həmin ərazilərə fermerlər və investorlar cəlb etmişik və fındıq əkinlərinə başlanılıb" - deyə F.Tağıyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR