Qazaxıstan buğda və unun ixracı üçün kvotanı uzatmağı planlaşdırır

Qazaxıstan buğda və unun ixracı üçün kvotanı uzatmağı planlaşdırır
# 07 iyun 2022 10:15 (UTC +04:00)

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracı üzrə kvotanı sentyabrın 1-dək uzatmaq niyyətindədir.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeyev məlumat verib.

O qeyd edib ki, iyunun 15-dək Qazaxıstanda buğda ixracı üçün 1 milyon ton, unun ixracı üçün isə 300 min ton kvota müəyyən edilib. "Hazırki kvota iyunun 15-də başa çatır. Ona görə də taxıl və un kvotasının uzadılması məsələsi ilə bağlı təhlil aparırıq. Böyük ehtimalla kvotanın sentyabrın 1-dək uzadılacağı gözlənilir. Buğda ilə bağlı kvotanın 40%-i, unla bağlı isə kovatanın 70%-i saxlanıla bilər”, - deyə o bildirib.

Nazir həmçinin əlavə edib ki, buğdanın dünya bazarında bahalaşması fonunda Qazaxıstanda çörəyin qiymətinin artması üçün heç bir ilkin şərt yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR