Qida məhsullarının zənginləşdirilməsinə Nazirlər Kabineti qərar verəcək

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 24 iyun 2022 18:51 (UTC +04:00)

Qida məhsullarının zənginləşdirilməsinə qərar verəcək qurum müəyyənləşib

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.

Qida məhsullarının zənginləşdirilməsi (fortifikasiya olunması) haqqında qərar Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qismində Qida Təhlükəsizliyi Agentliyinin elmi əsaslandırılmış təklifləri əsasında Nazirlər Kabineti tərəfindən verilir. Qida məhsullarının zənginləşdirilməsi haqqında qərar qida subyektləri üçün məcburi xarakter daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR