“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi MM-də müzakirəyə çıxarılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 11 yanvar 2022 16:35 (UTC +04:00)

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev APA-ya açıqlamasında deyib ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanıb, sadəcə, təkmilləşməsinə ehtiyac var.

Bu səbəbdən qanun layihəsinin Milli Məclisin keçən il payız sessiyasında müzakirəyə çıxarılmasının mümkün olmadığını söyləyən T. Rzayev parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi təklif olunacağını və layihənin yaz sessiyasında müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: “Bu, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR