Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının idxalı kəskin artıb

Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının idxalı kəskin artıb
# 04 may 2022 15:32 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarının yekunlarına əsasən, Azərbaycan Rusiya istehsalı olan kənd təsərrüfatı texnikasının əsas idxalçılarından biri olub.

APA-Economics” Rusiyanın İxtisaslaşdırılmış Maşın İstehsalçıları Assosiasiyasının - “Rosspetsmaş” hesabatına istinadən xəbər verir ki, birinci rübdə Azərbaycana kənd təsərrüfatı texnikasının tədarükü 65% artıb.
Hesabat dövründə ixracın ümumi həcmi illik ifadədə 30% artaraq 5,1 mlrd. rubla (76 mln. dollardan çox) çatıb.
Kəmiyyət baxımından daha çox yem kombaynlarının (artım 2,9 dəfə) və taxılyığan kombaynlarının (2,7 dəfə çox) tədarükü olub. Biçən maşınların (90 faiz), gübrə səpən maşınların (62 faiz), çiləyicilərin (54 faiz), kombaynların (42 faiz) ixracı da artıb. “Kommersant”ın yanvarın 26-da yazdığı kimi, 2021-ci ilin sonunda ixrac 38,5% artaraq rekord həddə - 21 milyard rubla çatıb.
Ümumilikdə, yanvar-mart aylarında 22 ölkənin fermerlərinə kənd təsərrüfatı maşınları tədarük edilib. MDB-dən başqa, Avropa İttifaqı ölkələri, Misir və Monqolustan əsas xarici bazarlara çevrilib.
Belə ki, kənd təsərrüfatı texnikasının tədarükü dəyər ifadəsində Macarıstana - 3,6 dəfə, Misirə - 3,2 dəfə, Polşaya - 2,9 dəfə, Moldovaya - 2,3 dəfə, Özbəkistana – 87%, Monqolustana – 81%, Azərbaycana - 65%, Qazaxıstana - 16% və Bolqarıstana - 16% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR