Şamaxıda bu ilin sonunadək calaqaltı tinglərin istehsalı müəssisəsi istifadəyə veriləcək

Şamaxıda bu ilin sonunadək calaqaltı tinglərin istehsalı müəssisəsi istifadəyə veriləcək
# 18 iyul 2019 16:19 (UTC +04:00)

Şamaxı rayonu ərazisində calaqaltı tinglərin istehsalı müəssisəsi inşa edilir. Bunu "APA-Economics"ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.

Onun sözlərinə görə, müəssisənin istifadəyə verilməsi cari ilin sonuna gözlənilir.

"Hazırda Azərbaycana xarici ölkələrdən milyon dollarlarla hesablanan üzüm tingləri idxal olunur. Bunlar calaqaltı tinglərdir. Ölkə daxilində belə istehsal müəssisənin yaradılması üzüm tinginə olan tələbatı yerli istehsal hesabına ödəməyə imkan yaradacaq", - deyə N. Nəsirli qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR