Saratovdan Azərbaycana 75 min ton buğda və ərzaq qarğıdalı tədarük edilib

Saratovdan Azərbaycana 75 min ton buğda və ərzaq qarğıdalı tədarük edilib
# 02 avqust 2022 16:54 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Saratov vilayətindən Azərbaycana 75 min ton buğda və ərzaq qarğıdalı ixrac edilib.

APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə ölkə Saratov vilayətində becərilən taxıl və paxlalı bitkilərin alışına görə Latviyadan sonra ikinci yerdə qərarlaşıb.

Cari ilin 7 ayı ərzində xaricə ixrac edilərkən 370,5 min ton taxıl və ondan emal olunan məhsullara nəzarət tədbirləri keçirilib. Ümumilikdə Saratov vilayətindən birbaşa olaraq 170,9 min ton dənli və paxlalı bitkilər, o cümlədən 128,5 min ton taxıl emalı məhsulları ixrac edilib. Çatdırılma 36 ölkəyə həyata keçirilib.

Ən çox məhsul tədarükləri Latviyanın - 84,1 min ton (un), Azərbaycanın - 75 min ton (buğda və ərzaq qarğıdalı), Qazaxıstanın - 59 min ton (zəfəran, noxud, un) və Litvanın - 22 min ton (un və kətan toxumu) payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR