Səfir: "Azərbaycanla Tacikistan arasında biznes əlaqələrinin inkişafına yönəlmiş sənədlər hazırlanıb"

Səfir: "Azərbaycanla Tacikistan arasında biznes əlaqələrinin inkişafına yönəlmiş sənədlər hazırlanıb"
# 18 sentyabr 2019 09:32 (UTC +04:00)

Azərbaycanla Tacikistan arasında biznes əlaqələrinin inkişafına yönəlmiş bir sıra sənədlər hazırlanıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli bildirib.

Onun sözlərinə görə, hazırlamış sənədlər həm də aqrar sektoru əhatə edir. Hazırda sözügedən sənədlər baxılma ərəfəsindədir.

R. Solinin fikrincə, bu sənədlərin imzalanması Azərbaycanla Tacikistan arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verə bilər.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Tacikistan aqrobiznes-forumu keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR