Türkiyə ötən il pomidor ixracını 16% artırıb

Türkiyə ötən il pomidor ixracını 16% artırıb
# 07 yanvar 2022 14:27 (UTC +04:00)

2021-ci ildə Türkiyədən pomidor ixracının həcmi 363,29 mln. ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 16% çoxdur.

APA-Economics” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin hesabatında bildirilir.

Qeyd olunur ki, ötən il Türkiyədə yetişdirilən pomidor dünyanın 54 ölkəsində satılıb. Bu, Türkiyədən 313,27 mln. dollar dəyərində pomidor ixrac edildiyi 2020-ci ildəkindən üç ölkə çoxdur.

Türkiyə pomidorunun ən böyük bazarı Rusiya olub, bu ölkəyə keçən il 68 mln. dollarlıq məhsul göndərilib. Siyahıda ikinci yerdə Rumıniya gəlir – 58,33 mln. dollar.

Eyni zamanda, 2021-ci ildə Türkiyədən pomidor tədarükündə faiz baxımından ən böyük artım Bolqarıstanın payına düşüb. Əgər 2020-ci ildə bu ölkəyə 28,82 mln. dollarlıq pomidor göndərilmişdisə, 2021-ci ildə bu rəqəm 40,96 mln. (42% artım) çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR